“Azərbaycan yığması hədiyyə deyil”
09.10.2012 - 09:21
“Ronaldo olmasaydı, qələbə şansımız artardı. Portuqaliya yığmasını superkomanda hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının futbolçusu Artyom Dzyuba deyib.
2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə Moskvada baş tutacaq oyunları dəyərləndirən “Spartak”ın hücumçusu əsas diqqətini Kriştianu Ronaldonun vəziyyətinə yönəldib.
Belə ki, Portuqaliya yığmasının kapitanı “Barselona” – “Real” derbisində zədələndiyi üçün oktyabrın 12-də Rusiya paytaxtındakı oyunda meydana çıxmaya bilər.
Artyomun fikrincə, təkcə Portuqaliya ilə yox, 4 gün sonra millimizlə ev oyununa da önəm verməlidirlər: “Portuqaliya yığmasında çox şeyi fərdi cəhətdən güclü futbolçular olan Nani ilə Ronaldo müəyyənləşdirir. Hərçənd portuqaliyalılar həmişə üzdədirlər və möhkəmdirlər. Deməzdim ki, onlarla matç seçmə mərhələdə həlledici olacaq. Qarşıda hələ çox oyunlarımız var. Elə həmin Azərbaycan yığması da hədiyyə deyil. Portuqaliyalılarla da səfərdə oynamalıyıq. Sadəcə, evdə maksimal sayda xal toplamağımız lazımdır”.

0
0