“Azərbaycanla oyuna çağırıldığımı həyat yoldaşımdan öyrəndim”
09.10.2012 - 11:30
“Azərbaycanla oyuna çağırıldığımı həyat yoldaşımdan öyrəndim”
“Yəqin ki, yığmamızın Portuqaliya və Azərbaycanla oyunlarına çağırılacağımı gözləyirdim. Hərçənd zədədən sonra cəmi 3 oyun keçirmişdim. Buna görə millidən bu dəvət dəyərlidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının futbolçusu Dmitri Tarasov deyib. “Lokomotiv”in yarımmüdafiəçisi millisindən 2010-cu ilin oktyabrında Azərbaycan yığması ilə Bakıdakı rəsmi oyununa olduğu kimi dəvət alıb.

Ancaq bu dəfə hollandiyalı Qus Hiddink yox, italiyalı baş məşqçisi Fabio Kapellodan 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvadakı matça dəvət alan Tarasova xoş xəbəri həyat yoldaşı çatdırıb: “Dəvət olunduğumu yığmadan mənə heç kim deməmişdi. Həyat yoldaşım məşqdən sonra telefon nömrəmi yığaraq, hər şeyi danışdı. Fikirləşirsiniz ki, çağırışım yanlış xəbərdir? Yox, mən həyat yoldaşıma etibar edirəm”.