“Azərbaycan yığması ilə oyuna hamımız hazırıq”
10.10.2012 - 12:38
“Azərbaycan yığması ilə oyuna hamımız hazırıq”
Rusiya yığmasının futbolçusu Dmitri Tarasov 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları ilə ev oyunlarını fərqləndirib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in yarımmüdafiəçisi bugünkü məşqdən sonra jurnalistlərə qısa açıqlamasında müqayisə aparıb.

Millimizin Rusiya ilə son matçına da çağırılan Tarasov portuqaliyalılarla dueli 3 xallıq oyun saymır: “Bugünkü məşqimiz yaxşı keçdi. Portuqaliya və Azərbaycanla oyunlara hamımız hazırıq. Ancaq əlbəttə ki, bu rəqiblərdən portuqaliyalılarla matçın bizim üçün daha önəmli olduğu doğrudur. Onunla matçı həqiqətən seçmə mərhələdə əsas oyun adlandırmaq olar. Bu matç 6 xallıq olacaq”.

Qeyd edək ki, ruslar oktyabrın 12-də Portuqaliyanı, 4 gün sonra millimizi sınağa çəkəcək. Rəqibimiz bu gün ilk dəfə tam heyətlə - 24 futbolçu ilə hazırlaşıb.