Milli komandamızın üzvü Avropanın ən yaxşısı ola bilər
10.10.2012 - 23:06
Avropa Yüngül Atletika Federasiyası sentyabrın ən yaxşı atletini seçmək məqsədi ilə respondentlər arasında sorğu keçirməyi nəzərdə tutub. Apasport.az saytının xəbərinə görə, sorğuda adı çəkilən iddialı atletlər arasında Azərbaycan yığmasının efiopiyalı legioneri Xayle İbrahimov da yer alıb.
Xatırladaq ki, "sentyabrın idmançısı" adına sahib olmaq istəyən iddiaçıların siyahısına Xayle İtaliyanın Rovereto şəhərində keçirilən Qran-Pri turnirində 5000 metr məsafəni 13 dəqiqə 11,34 saniyəyə qət etdiyi üçün düşüb.
Yeri gəlmişkən, Xayle bu nəticə ilə özünün əvvəlki göstəricisini (şəxsi rekordunu) 0,19 saniyə yaxşılaşdırıb. Siyahıda yığmamızın üzvü ilə yanaşı, Aleksandr Maşkov (Rusiya), Adam Cemmi (Böyük Britaniya), Anxel Mulyera (İspaniya), Kristof Lemetr (Fransa), Kevin Borle, Hans van Alyfen (hər ikisi Belçika), Byorn Otto, Florian Ort, Robert Xartinq (hamısı Almaniya), Tero Pitkamyaki (Finlandiya), Kristian Part (Macarıstan) və Tomaş Mayevski (Polşa) yer alıb (Sport Ekspress).

0
0