“Simurq”un baş məşqçisi rəqibimizə qiymət verdi
11.10.2012 - 08:44
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran vaxtilə oynadığı Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Portuqaliya yığmasını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, hazırda I liqada “Sibir”in çalışdıran Yuran “avropalı braziliyalılar” adlandırılan yığmanı xarakterizə edib.
Ötən mövsüm 9 ay Zaqatala klubuna rəhbərlik edən 43 yaşlı mütəxəssis son Avropa çempionatının Portuqaliyanın hazırda dünyada aparıcı futbol ölkələrindən biri olduğu göstərdiyini bildirib: “Portuqaliyalılar öz nizamlı komanda oyunu və gözəl ifaçılar seçimi ilə güclüdürlər. Paulu Bentunun çalışdırdığı komandanın uğuru məhz orta xəttə sayılır ki, Rusiya yığmasının futbolçuları ilk növbədə bunu neytrallaşdırmalıdır. Gələcək rəqibimizdə zəif yer də var – hücum xətti. Çünki Portuqaliya yığmasında artıq bir neçə ildir sabit hücumçu yoxdur”.
Qeyd edək ki, Rusiya Portuqaliyanı oktyabrın 12-də, Azərbaycanı 16-da “Lujniki”də qəbul edəcək.

0
0