Millimizin istirahət etdiyi, mərkəzi oyunun qrupumuzda keçirildiyi tur
11.10.2012 - 12:37
Sabah 2014-cü il dünya çempionatının seçmə mərhələsinə III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası cari seçmə mərhələdə ilk dəfə istirahət edərək, növbəti oyun gözləyəcək. Belə ki, millimiz oktyabrın 16-da Rusiya yığmasının qonağı olacaq.
Keçiriləcək 24 matç arasında mərkəzi oyun qrupumuzda olacaq. Belə ki, “Lujniki” stadionunda favoritlər – ilk 2 turda yüz faizli nəticə göstərən Rusiya ilə Portuqaliya üzləşəcək. Bu oyun final mərhələsinə birbaşa vəsiqə verən 1-ci yerin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Hər halda, uduzan əsas rəqibindən geri düşərək, ona çatmağı çətin olacaq. Bu, xüsusilə Rusiya yığmasına aiddir. Çünki o, evdə oynayır və uduzduğu Portuqaliyaya səfərdə qalib gəlməyi çox çətin olacaq.
Millimiz sabahkı oyunlardan azad olsa da, Azərbaycan orada təmsil olunacaq. Məsələ ondadır ki, FİFA hakimimiz Anar Salmanovun başçılıq etdiyi briqada Çexiya – Malta matçını idarəçilik edəcək.
Türkiyə yığması üçün də bu tur vacib oyun olacaq. Hər halda, Rumıniya yığması sıradan yox, final mərhələsinə vəsiqə uğrunda qardaş ölkənin təmsilçisi üçün əsas rəqiblərdəndir. Üstəlik, Türkiyə ötən turda Hollandiyaya uduzmaqla, 1-ci yeri tutmaq şansını azaltdı. İndi türklər evdə oynayır və doğma azarkeşlərin güclü dəstəyi ona əlavə üstünlük verir. Bu mənada növbəti xal itkisi yolverilməzdir və qələbənin vacibliyi öz sözünü deyir.
A qrupu
23:30. Makedoniya – Xorvatiya
23:30. Serbiya – Belçika
23:45. Uels – Şotlandiya
B qrupu
21:00. Çexiya – Malta
22:00. Ermənistan – İtaliya
23:00. Bolqarıstan – Danimarka
C qrupu
21:00. Farer adaları – İsveç
21:00. Qazaxıstan – Avstriya
23:45. İrlandiya – Almaniya
D qrupu
22:30. Türkiyə - Rumıniya
23:30. Estoniya – Macarıstan
23:30. Hollandiya – Andorra
E qrupu
22:00. Albaniya – İslandiya
23:30. İsveçrə - Norveç
23:45. Sloveniya – Kip
F qrupu
22:00. Rusiya – Portuqaliya
00:00. Lüksemburq – İsrail
G qrupu
22:30. Lixtenşteyn – Litva
23:15. Slovakiya – Latviya
23:45. Yunanıstan – Bosniya və Herseqovina
H qrupu
23:00. Moldova – Ukrayna
00:00. İngiltərə - San Marino
I qrupu
20:30. Finlandiya – Gürcüstan
23:00. Belarus – İspaniya

0
0