Avropa çempionatına uğursuz start
12.10.2012 - 09:37
Avropa çempionatına uğursuz start
Şahmat üzrə klublararası Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycanın SOCAR klubu ev sahibləri İsrail təmsilçisi ilə üz-üzə gəlib.

Təəssüf ki, “Aşdod”la keçirilən oyun Vladimir Tukmakovun yetirmələri üçün uğursuz olub. Belə ki, komandamız ilk turda məğlubiyyətlə üzləşib.

I tur
SOCAR – AŞDOD - 2,5:3,5
Teymur Rəcəbov – Vasili İvançuk - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Andrey Volokitin - 0:1
Veselin Topalov – Pavel Elyanov - 0:1
Aleksandr Qrişuk – İlya Smirin - 0,5:0,5
Qata Kamski – Yevgeni Romanov - 1:0
Emil Sutovski – Boris Avrux - 0,5:0,5

Qeyd edək ki, SOCAR bu gün Makedoniyanın “Gambit Aseko-See” klubunu sınağa çəkəcək.