“Rusiya yığmasının oyunu elə xoşuma gəldi ki...” – MÜSAHİBƏ
15.10.2012 - 10:34
Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin apasport.az saytının Moskvaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Komanda artıq Moskvadadı. Rusiya ilə qarşılaşmaya hansı əhval-ruhiyyədə gəlmisiniz?
- Hamı oyuna hazırdı. Futbolçular başa düşürlər ki, Moskvaya güclü rəqiblə oyuna gəlmişik. Rusiya ötən tur evdə Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib. Həmin matçı televiziyadan izlədim.
- Oyun yadınızda necə qalıb?
- Çox maraqlı keçdi. Sürətli, ağıllı hücumlar təşkil edilirdi. Rusiya tez qol vurdu, sonradan müdafiədən oynadı, sürətli əks-hücumlar qururdu.
- Rusiyanın qələbəsi sizin üçün gözlənilməz olmadı ki?
- Portuqaliyanın hesabı bərabərləşdirmək üçün qol imkanları var idi. Ancaq Rusiya da yaxşı oynadı. Bu nəticədə sürpriz yoxdur. Ona görə də Rusiyanın bu qələbəsi məni təəccübləndirmədi. Son vaxtlar artıq neçənci dəfədir yaxşı oynayıb, qalib gəlirlər. Şimali İrlandiyaya evdə 2:0 hesabı ilə qalib gəldikləri görüşə də baxmışdım. Rusiya elə xoşuma gəldi ki, həqiqətən çox yaxşı oynadı. Belə oyun məni heyrətləndirdi.
- Portuqaliya ilə matçda Rusiyanın hansı futbolçularını fərqləndirərdiniz?
- Hücumçu Aleksandr Kokorin çox xoşuma gəldi. Onun ön xətdə tərəfdaşı Aleksandr Kerjakov qələbə topunun müəllifi oldu. Yarımmüdafiəçi Roman Şirokov yaxşı oynadı. Rusiya yığmasında yaxşı futbolçular cəmləşib. Bu rəqib bizə yaxşı tanışdır. Onunla ilk dəfə deyil ki oynayırıq.
- Rusiya yığmasında əksər təcrübəli futbolçular olmasa da, daha yaxşı oynayır. Bunu Fabio Kapello kimi güclü baş məşqçi ilə əlaqələndirmək olar?
- Ola bilsin dediyiniz kimidir. Dik Advokatı əvəzləyən Fabio Kapello da tanınmış mütəxəssisdir. Ancaq güclü oyunun dəqiq səbəbini deyə bilmərəm. Niyə belədir, təcrübəli hansı səbəbdən kənarlaşdırdılar, ancaq yenə də təcrübəlilər var və əla oynayırlar.
- Rusiyanın bizimlə oyundan əvvəlki qarşılaşmada qalib gəlməyi lehimizə, yoxsa əleyhimizədir?
- Onlar Portuqaliyaya qalib gəlib deyə, qorxmağa dəyməz. Düzdür, Portuqaliya dünyanın 10 ən güclü yığması sırasındadı. İstənilən halda, qarşımızda çətin sınaq durur. Rusiyalıların millimizdən öncə qalib gəlmələrinin bizim üçün yaxşı, yoxsa pis olmağına gəlincə, bu, bizim üçün fərq etmir. Rusiya yaxşı oyunla qalib gəldi, yaxşı əhval-ruhiyyə ilə bizi gözləyir.
- Bu qələbədən arxayınlaşıb, bizimlə oyuna barmaqarası baxa bilərlərmi?
- Təbii ki, rusların Portuqaliyaya qalib gələndən sonra özlərinə inamı daha da artıb. Buna görə düşünmürəm ki, bizimlə oyuna boşalacaqlar. Ancaq bizim də üstünlüklərimiz var.
- Hansılardır?
- Əgər oyuna yaxşı köklənsək, bütün futbolçular meydanda maksimal güclərini qoysalar hər şey ola bilər. Rusiya bu matçda favoritdir. Ancaq hamımız meydanda ürəyini qoysa, nəticəyə ümid etmək olar.
- Yəni ruhdan düşməməliyik və şans var?
- Əlbəttə, heç vaxt ruhdan düşməmək lazımdır. Futbolda hər şey mümkündür. Sadəcə, maksimal oynasaq, ağıllı oynamağa çalışsaq, istəyimizə çata bilərik. Baxaq görək, baş məşqçi hansı heyəti qoyacaq. Məncə, artıq bunu müəyyənləşdirib.
- Özünüzü start heyətində görürsünüz? Yəqin ki, bir hücumçu ilə oynayacağıq...
- Vacib deyil ki, kim meydana çıxacaq. Əsas əzmkarlıqdır. Baş məşqçinin fikri əsas sayılır.
- Rusiya yığması ilə 3 il öncə “Lujniki”dəki oyun yadınızda necə qalıb? Həmin matçda start heyətində meydana çıxıb sonradan əvəzləndiniz...
- Doğrudur. Çətin oyun idi. Yadımda deyil hansı klubda idim, elə də yaxşı oynamadım və baş məşqçi məni dəyişdirdi. Rusiya həmin matçda yaxşı oynayıb, 2:0 hesabı ilə qalib gəldi.
Mehman SÜLEYMANOV
Moskva

0
0