Rusiya yığmasında imtina
15.10.2012 - 11:22
Rusiya yığmasında imtina
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello imtina ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Rusiya futbolunun veteranı İqor Kolıvanov italiyalı mütəxəssisin yığmada çalışmaq təklifindən boyun qaçırıb.

Millinin sabiq futbolçusu, hazırda “Ufa” klubunda çalışan mütəxəssis Kapellonun köməkçisi olmaq istəmədiyinin səbəbini də açıqlayıb: “Mən “Ufa”da işimə davam etmək niyyətindəyəm. Müstəqil məşqçi kimi yetişmək istəyirəm”.