Olaf Yansen: Fabio Kapellonun gəlməsi ilə Rusiya yığmasında çox şey dəyişib
15.10.2012 - 13:06
“İtaliyalı mütəxəssis Fabio Kapellonun gəlməsi ilə Rusiya yığmasında çox şey dəyişib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen deyib.
Baş məşqçi Berti Foqtsla birlikdə Moskvada mətbuat konfransına qatılan çalışdırıcı DÇ-2014-ün sabah Rusiya ilə keçiriləcək seçmə oyunu haqda fikirlərini açıqlayıb: “O, konkret 6 mövqedə dəyişikliklər edib. Bunun da nəticəsidir ki, rəqibimiz 3 oyunda 9 xal toplayıb. Rusiya yığması son oyununda müdafiə futbolu göstərdi. Bu da təsadüfi deyildi. Çünki rəqib ən yaxşı hücum futbolu sərgiləyən yığmalardan biri Portuqaliya idi”.

0
0