Rusiya Azərbaycan oyununa 30 min bilet satılıb
15.10.2012 - 16:00
Rusiya  Azərbaycan oyununa 30 min bilet satılıb
Rusiya – Azərbaycan oyununa 30 min bilet satılıb . Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya yığmasının mətbuat xidmətinin əməkdaşı İlya Kazakov deyib.

O, Portuqaliya ilə oyunda fərqli, bu dəfə anşlaq gözlənilmədiyini bildirib: “Azərbaycanla matçda “Lujniki”yə maksimum 50 minə yaxın azarkeşin təşrif buyuracağı gözlənilir”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da baş tutacaq. Oyunun keçiriləcəyi “Lujniki” stadionun tutumu 85 mindir.