Millimiz üçün Moskvada yeni tarix
15.10.2012 - 23:01
Millimiz üçün Moskvada yeni tarix
Bu gün DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Rusiya – Azərbaycan matçı yığmamız üçün yeni tarixlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, komandamız 20 illik tarixində ilk dəfə oktyabrın 16-da meydana çıxacaq.

İndiyədək bu tarixdə oyun keçirməyən yığmamızdan fərqli, Rusiya artıq 1 dəfə 10-cu ayın 16-cı günündə oynayıb.

Şimallılar 10 il əvvəl eyni tarixdə Albaniya millisi ilə görüşüb. Avro-2004-ün seçmə oyununda rusiyalılar qalib gəlib – 4:1. Volqoqradda baş tutan görüşdə Semak 2, Kerjakovla Onopko 1 dəfə qonaqları məyus edib.