11 futbolçu öldürüldü
15.10.2012 - 23:41
11 futbolçu öldürüldü
Hondurasda futbol oynayan qruplara qarşı həyata keçirilmiş silahlı hücumlarda 11 nəfər həlak olub. APA-nın xəbərinə görə, Honduras rəsmiləri hücumların Olanço bölgəsindəki meydançalarda futbol oynayan 3 ayrı qrupa qarşı həyata keçirildiyini, nəticədə yaşları 18-25 arasında olan 11 gəncin həlak olduğunu bildiriblər. Hadisənin səbəbləri barədə məlumat verilmir.