“Azərbaycan və Rusiya ilə oyunlardan dərs almışdım”
17.10.2012 - 00:07
“Azərbaycan və Rusiya ilə oyunlardan dərs almışdım”
DÇ-2014-ün seçmə mərhələsinin Bakıda oyunu İsrail yığmasına yaxşı dərs olub. Apasport.az saytının məlumatına görə, millimizlə qarşılaşmada 1:1 hesabı ilə kifayətlənən israillilər hələ də həmin 2 xal itkisini unuda bilmir.

Yığmamızın F qrupundakı rəqibinin baş məşqçisi Eli Qutman Lüksemburq üzərində qələbən (3:0) sonra da bunu yada salıb: “Azərbaycan və Rusiya ilə oyunlardan dərs almışdım. Bunun nəticəsidir ki, Lüksemburqu 2 dəfə məğlub etdik. Portuqaliya ilə gələn ilin martındakı oyunadək hələ vaxtımız var”.”