“Azərbaycan avtobusunu yarmaq çox çətindir”
17.10.2012 - 00:24
“Azərbaycan avtobusunu yarmaq çox çətindir”
“Azərbaycan avtobusunu yarmaq Şimali İrlandiyanınkından daha çətindir. Britaniyalılar heç olmasa əks-hücum etməyə çalışırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Aleksandr Kokorin deyib.

Hücumçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçirilən görüş (1:0) haqda fikirlərini açıqlayıb: “Erkən qol vura bilmədik. Sonra isə alınmırdı. Biz də yorulurduq. Azərbaycan tamamilə müdafiə olunurdu. Onların heç bir imkanı da olmadı. 4 gün əvvəl biz də Portuqaliyaya qarşı belə müdafiə olunurduq”.