Vaqif Cavadov: Penalti yox idi
17.10.2012 - 09:56
“Nəticə bizi çox təəssüfləndirir. Çünki son dəqiqələrdə penaltidən top buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.
Millimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya uduzdu – 0:1. Moskvada baş tutan qarşılaşma barədə danışan “Qarabağ”ın hücumçusu meydan sahiblərinin heç nə edə bilmədiyini söyləyib: “Düzdü, rusiyalılar üstünlüyə malik idilər. Topu son dəqiqlərdə buraxmağımız isə bizə çox pis təsir etdi. Amma neynəmək olar, Rusiya yığmasını Bakıda gözləyirik. Düşünürəm ki, Bakıda tam fərqli oyun olacaq. Fikrimcə, rəqib bu gün qalib gəlsə də, yaxşı oynamadı. Uşaqlar sonacan vuruşdular, çalışdılar. Düşünürəm ki, biz ləyaqətli oyun göstərdik. Azacıq bəxtimiz gətirmədi. Penalti epizoduna gəlincə, qayda pozuntusu cərimə meydançasının kənarında baş vermişdi”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0