“Azərbaycan yığması 8-9 futbolçu ilə müdafiədə oturmuşdu”
17.10.2012 - 10:09
“Azərbaycan yığması 8-9 futbolçu ilə müdafiədə oturmuşdu”
“Komandamızın oyunu alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun əfsanəsi Yeqor Titov deyib.

Tanınmış futbolçu 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində keçirilən Rusiya – Azərbaycan matçı barədə fikirlərini açıqlayıb. O, millisinin 1:0 hesablı qələbə qazandığı oyunda komandamıza “irad” bildirib: “Komandamızın oyununun alınmamağında rəqib də günahkardır. Ona görə ki, onların məqsədləri 0:0 oynamaq idi. 8-9 futbolçu ilə müdafiədə oturmuşdular. Belə məqamda hücumçulara çox çətin olur. Mənə elə gəldi ki, Pavlyuçenko və ya Poqrebnyak kimi hücumçu çatışmırdı. Bu gün elə bir forvard lazım idi ki, “ikinci mərtəbə”də mübarizə apara bilsin, rəqibi sıxsın”.