“Azərbaycan yığmasının futbolçularına yazığım gəlir” - MÜSAHİBƏ
17.10.2012 - 10:28
Rusiya yığmasının futbolçusu Roman Şirokov millimizlə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, oyundan vurulan yeganə qolun müəllifi həmkarlarımızla söhbətində yığmamızın “bostanına” daş atıb.
- Azarkeşlərin əsəbləri ilə oynamadan qələbə qazanmaq mümkün deyildi?
- Çox əsəbiləşdirdik?
- Siz sübhə edirsiniz?
- Mənə elə gəlir ki, oyun boyu böyük üstünlüyə sahib idik və sonda layiqli qələbə qazandıq.
- Hətta 84-cü dəqiqədə belə əmin idiz ki, hər şey yaxşı qurtaracaq?
- Bu həyatda 100 faiz nəyəsə əmin olmaq mümkün deyil. Amma oyuna diktə edib, sonda istəyimizə çatdıq. Əgər ilk hissədə hakimlik normal olsaydı, onda indi heç bir əsəbilikdən danışmazdıq.
- Anormal hakim idarəçiliyindən danışarkən, penaltiləri nəzərdə tutursunuz?
- Hə, özü də bir yox, iki. Hər ikisi də yüz faizlik idi. Üstəlik, oyun ərzində 3 əla şansdan istifadə edə bilmədik.
- Bəs niyə istifadə edə bilmədiniz?
- Top qapıya daxil olmadı, ona görə (gülür).
- Rəqibin oyuna belə aktiv başlamasını və ilk 4 dəqiqədə 3 künc zərbəsi yerinə yetirəcəyini gözləyirdiniz?
- Xeyr. Bu künc zərbələri təsadüfdən başqa heç nə deyildi. Bundan sonra rəqib heç əks-hücum belə edə bilmədi, İqor Akinfeyevi narahat etməyə cəhd belə etmədilər. Əgər dediklərinə görə, bu onların ən yaxşı oyunudursa, Azərbaycanlı futbolçularına yazığım gəlir.
- Öz oyununuzdan razısınız?
- Normal oynadım. Əsas nəticədir. Siz nəyi seçərdiniz – bizim pis oyun göstərib Braziliyaya getməyimizi, yoxsa əla oynayıb əsas məqsədə çatmamağımızı?
- Braziliyaya gözəl oyunla getməyi...
- Bu, optimal variantdır. Kim bundan imtina edər ki? Amma mən təklif etdiklərim variantlar arasında hər kəs birincini seçərdi.
- 83 dəqiqə ərzində top Azərbaycan yığmasının qapısına daxil olmadı. Penalti nöqtəsinə yaxınlaşanda, ağlınıza mənfi fikirlər gəldimi?
- Xeyr.

0
0