“Azərbaycan millisinə qarşı oynamaq daha çətin idi” - MÜSAHİBƏ
17.10.2012 - 10:59
DÇ-2014-ün seçmə qrup mərhələsində Azərbaycan yığması ilə oyundan sonra Rusiya yığmasının hücumçusu Aleksandr Kokorin jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun futbolçusu milimizin qələbə qazanmaq şansının olmadığını deyib.
- Rəqibin qol vurmaq şansı olmadı. Çünki bütün komanda ilə müdafiəyə çəkilmişdilər. Bu səbəbdən bizim üçün oynamaq çox çətin idi.
- Fasilədə Fabio Kapello komandadan nə tələb etdi?
- 2-ci hissəni ilk yarının son 20 dəqiqəsindəki kimi oynamağı tapşırdı.
- Qol vurmaq üçün bir neçə şansınız oldu. Fərqlənməyinizə nə mane oldu: bəxtsizlik?
- Ola bilsin elədi. Amma yəqin ki, hardasa ustalıq səviyyəsi yetərincə deyil.
- Hansı komanda ilə oynamaq çətin idi: Portuqaliya, yoxsa Azərbaycanla?
- Əlbəttə Azərbaycanla. Çünki bu komanda müdafiə olunmaqdan başqa heç nə etmədi.
- Cərimə meydançasında 2 dəfə Eşenkoya qarşı qayda pozuntusu olsa da, hakimin fiti susdu...
- Biz buna o qədər də fikir vermirdik. Amma sözsüz ki, 2 mübahisəli andan sonra hakim 3-cü dəfə penalti təyin etməli idi. Belə də etdi.

0
0