Millimizin Hollandiya və Fransadan fərqi
17.10.2012 - 11:04
DÇ-2014-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub edən Rusiya millisi Avropa zonasında rekord vurub. Apasport.az saytının məlumatına görə, şimallılar bu yarışda hələlik qol buraxmayan yeganə komandadı.
Kapellonun komandası ilk 4 görüşdə qapılarını toxunulmaz saxlaya bilib. Son qarşılaşmalara qədər Rumıniya və İspaniya da qol buraxmamışdı.
Lakin Hollandiya millisi Rumıniyanın, Fransa isə ispaniyalıların quru seriyasını qırdı: müvafiq olaraq, 4:1 və 1:1. Bu 2 yığmadan fərqli, Azərbaycan millisi rəqibini dayandıra bilməyib.

0
0