“Anji” azarkeşlərindən Azərbaycan yığmasına dəstək
17.10.2012 - 15:15
Mahaçqalanın “Anji” klubunun tərəfdarları DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oyununda Azərbaycan yığmasına azarkeşlik ediblər. Apasport.az saytının məlumatına görə, dağıstanlılar vətəndaşı olduğu şimal qonşumuza deyil, millimizə dəstək olublar.
Mahaçqala azarkeşi bunu Rusiyadan olan jurnalistə belə izah edib: “Niyə Rusiyaya azarkeşlik etmirəm? Çünki Qafqaz tərəfdarıyam. Özünüz baxın da. MOİK, “Spartak”, “Lokomotiv”in azarkeşlərinin bir-birini görən gözü yoxdur. Amma “Anji” ilə oynayanda, hamısı bizə qarşı birləşir. Onların hamısı bizə nifrət edir. Dostlarımız isə Nalçik, “Alaniya”, “Terek”dir. Bir sözlə, Qafqaz komandaları. Elə Azərbaycan da Qafqaz komandasıdır. Azərbaycanlılar da bizə yaxın xalqdır”.
Bu azarkeşə qoşulan dostlarından biri isə matç vaxtı yaşanan hadisədən danışıb: “D tribunasında olan ermənilər Azərbaycan bayrağını yandırdılar. Onların milliyətini əllərindəki Ermənistan bayrağına görə müəyyənləşdirdik. Onları görən kimi layiq olduqları şüarı səsləndirdik. Bunu ruslara yox, təxribatçılara ünvanlamışdıq”.
Mənbə: http://www.gazeta.ru

0
0