Sergey Yuran: Belə sıx müdafiəni yarmaq çətindi
17.10.2012 - 15:17
Sergey Yuran: Belə sıx müdafiəni yarmaq çətindi
“Azərbaycanla oyunda top qapıya girmək istəmirdi. Hərdən belə şeylər olur. Bəxtin gətirmir və nə edəcəyini bilmirsən”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un sabiq baş məşqçisi Sergey Yuran deyib.

Ötənlərin məşhur hücumçusu Portuqaliyadan sonra Azərbaycan kimi rəqibə qarşı köklənməyin çox çətin olduğunu bildirib: “Qonaqlar bütün komanda 0:0 hesabını qorumağa çalışırdılar. Belə sıx müdafiəni yarmaq asan məsələ deyil. Biz birinci hissədə qol vura bilmədik və bu ikinci yarıda işimizi iki qat çətinləşdirdi”.