“Azərbaycanla oyun yığmamız üçün yaxşı dərs oldu”
17.10.2012 - 15:20
“Azərbaycanla oyuna kimi yığmamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağına əmin idim. Amma indi 100 faiz bunu deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri əməkdar məşqçi Anatoliy Bışovets deyib.
Rusiya – Azərbaycan matçı barədə danışan tanınmış mütəxəssis bildirib ki, yığmasının oyunu onda ikili hislər bəxş edib: “Bir tərəfdən çoxlu qol imkanlarımız oldu, digər tərəfdən uşaqlar oyunun sonunacan əsəblərimizlə oynadılar. Portuqaliyaya qarşı komandanın məzmunsuz oynamasını hər kəs anlayışla qarşıladı. Düzdü, belə rəqibə qarşı köklənmək çox çətindir. Fikirləşirsən ki, indi vurmadım, 10 dəqiqədən sonra vuraram. Amma əsəbilik, dəqiqələr keçdikcə artır. Düşünürəm ki, Azərbaycanla oyun yığmamız üçün yaxşı dərs oldu”.
Təcrübəli mütəxəssis penalti epizoduna da münasibət bildirib: “Mən FİFA dərəcəli hakim Nikolay Levnikovla birlikdə matçı tribunadan izləyirdim. Biz bütün epizodları müzakirə edirdik. Məncə, hakim düzgün qərarlar qəbul edirdi və penalti təyin edərkən səhvə yol vermədi”.

0
0