“Gəlin, kiminsə oynamamağını şişirtməyək” - MÜSAHİBƏ
17.10.2012 - 23:01
Azərbaycan millisinin futbolçusu Mahir Şükürov Rusiya yığması ilə oyundan sonra apasport.az saytının Moskvaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb
- 0:1 hesabı ilə uduzduğumuz görüşdə xal qazanmağa nə mane oldu?
- Sözün açığı, hələ ilk hissədə gördük ki, hakim bizi sıxmağa, sarı vərəqələr göstərməyə başladı. Canıma elə qorxu düşmüşdü ki... Fikirləşirdim ki, birdən yenə sərt oynayıb qırmızı vərəqə alaram.
- Hakim ilk hissədə komandamıza 4 sarı vərəqə göstərdi...
- Bəli, bundan sonra sarı vərəqəsi olan futbolçular üçün bir az çətin keçdi, ehtiyatlı oynamağa başladılar. Hakim başımıza oyun açdı.
- Hakimin penalti qərarı haqda nə deyərdiniz?
- Epizodun təkrarına mən də baxdım. Çox adam penalti olmadığını deyir. Nə deyim? Təkrarda futbolçumuz rəqibin ayağına vurur, penaltiyə oxşayır. Məncə, penalti olmasaydı, bu oyunda heç-heçə edəcəkdik. Ədalətli nəticə bərabərlik idi. Rusiya yığması kimi komanda ilə səfərdə oynadıq. Düzdür, onlar bizi saymadılar. 2-ci hissədə yüz faizli qol vəziyyətləri olmadı, bərabər oyun getdi. Ancaq ilk hissədə 2-3 real qol imkanları var idi.
- Portuqaliyadan sonra ardıcıl 2-ci səfər oyununda qolu gec buraxırıq. Bu müdafiə taktikasında iştirak edən əsas futbolçulardan biri kimi, belə oyun sizə necə təsir edir?
- Əgər qabaqda top saxlanılmırsa, müdafiəyə həmişə güc düşür. 90 dəqiqə gəlirlər üstünə gəlirlər. Mənə elə gəlir ki, Rusiyaya qarşı müdafiə çox gözəl oynadı. Bir-birimizi yaxşı sığortalayardıq. Əgər komandanın orta sahəsi ilə hücumu işləmədisə, ona həmişə çətin olur.
- Penalti epizodunda müdafiəçi Əli Gökdəmirin buraxdığı səhvi nə ilə əlaqələndirirsiniz?
- Birincisi, Əli cərimə meydanının içində sürüşmə fəndi eləməməli idi. İkincisi, mövqe səhvinə yol vermişdi. Bıstrov Maksimə yaxın olanda, Gökdəmir onun arxasına keçib, onu sığortalamalı idi. Mənə elə gəlir ki, biz o yersiz sürüşmə fəndinin güdazına getdik.
- Həmin vaxt Əliyə emosional şəkildə narazılığını bildirdiniz...
- Əlbəttə, bu, emosiyaların nəticəsi idi. Çünki bu qədər əziyyət çək, gələsən 84-cü dəqiqədə qapımıza penalti təyin edilsin. Düzdür, bu, hər bir futbolçunun başına gələ bilər. Ancaq məncə, peşəkar futbolçu belə səhv eləməməlidir. Ona görə mən Əliyə bir kapitan kimi narazılığımı bildirdim ki, niyə tullanırsan, niyə cərimə meydanının daxilində “podkat” edirsən.
- Zədəli Rəşad Sadıqovun yoxluğunda vitse-kapitan kimi sarğını siz daşıdınız. Bu, oyununuza nə dərəcədə təsir elədi?
- Futbolçular sağ olsun, bir kapitan kimi tapşırıqlarının hamısını yerinə yetirirdilər. Kapitan kimi dediklərimə qulaq asırdılar.
- Rəşadın yoxluğu müdafiədə nə dərəcədə hiss olundu?
- Bilirsiniz necədi: bu gün mən millidə yoxamsa, yerimə başqa futbolçu oynamalıdı. Əvəzolunmaz futbolçu yoxdu. Bu səbəbdən kim hazırdırsa, həmin futbolçu da oynayır. Gəlin, kiminsə oynamamağını şişirtməyək. Hazır futbolçu özü üçün yerini təmin etməyə çalışır. Real danışmaq lazımdır. Hansı futbolçu deyər ki, filan oyunçu yox idi, onun yerində problem vardı. Əgər 84-cü dəqiqədə qol buraxırıqsa, deməli, müdafiəmiz yaxşı oynayıb.
- Ruslan Abışovla Vladimir Levinin müdafiənin mərkəzində dueti yetərincə inamlı təsir bağışlayırdı...
- Deməli, oyunları alınıb, biz də onları sığortalayardıq. Ancaq hücum alınmırdı və buna görə bizə ağırlıq düşürdü. Fikrimcə, müdafiə xətti öz işinin öhdəsindən gəldi. Rusiya kimi yığma ilə oyunda 84 dəqiqə qol buraxmırsansa, bu, böyük şeydi.
Mehman SÜLEYMANOV

0
0