“Hakim ağ nöqtəni göstərəndə, hamı rahat nəfəs aldı” - MÜSAHİBƏ
18.10.2012 - 11:54
Rusiya millisinin futbolçusu Vladimir Bıstrov 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “Sport-Ekspress” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, Moskvadakı matçda penaltini epizodunu qazanan “Zenit”in yarımmüdafiəçisi bir çox məqamlara aydınlıq gətirib.
- Bəzi ekspertlər yazırlar ki, Azərbaycanla oyunda qazanılan əla nəticəyə görə utanırlar. Onlara nə cavab verərdiniz?
- Belə “ekspertlər”lə heç diskussiyaya girməyə dəyməz. Axı onların belə deyək, kəskin bəyanatları yalnız özlərinə diqqətə istiqamətlənib. Onlarla mübahisələrdə heç bir həqiqət yaranmayacaq, çünki onlara sadəcə, bu, lazım deyil. Belə deyək ki, normal mütəxəssislər futbolda işləyir. Kimdəsə bu alınmadısa, onları öyrətməyə çalışır, paxıllıqdan ölürlər.
- Onda deyin görək ki, həmin gün tribunalarda və televizor qarşısında 84-cü dəqiqəyə kimi həyəcan keçirməyimizin səbəbi nə idi?
- Səbəb ondadır ki, müasir futbolda müdafiə olunmağı hamı bacarır. Öz qapını qorumaq daha asandır, nəinki rəqib qapısına hücum etmək. Biz həqiqətən uzun müddət qol vura bilmirdik, ancaq futbolçularımız buna inanmaqda davam edirdi. Sonda hər şey alındı. Üstəlik, azərbaycanlıların gücü sonsuz ola bilməzdi.
- Kapello ətrafdakıların hamısına çatdırmağa çalışırdı ki, Azərbaycanla oyun hətta Portuqaliya ilə matçdan çətin ola bilər...
- Təəccüblü deyil, çünki Kapello artıq hər şeyi bilir.
- O, futbolçulara bu fikrini çatdıra bildi? Yoxsa Azərbaycan millisi ciddi rəqib kimi qəbul olunmurdu?
- Rəqibə qiymətləndirməmək heç ağlımızda yox idi. Biz ciddi hazırlaşırdıq və qalib gəlməli olduğumuzu başa düşürdük. O başqa məsələ ki, hər şey dərhal alınmırdı.
- Hansı daha çox güc aparır – Portuqaliya ilə görüşdə 84-cü dəqiqəyə kimi tam müdafiədə oynamaq, yoxsa Azərbaycanla matçda bu vaxta kimi faydasız hücumlar etmək?
- Deməzdim ki, biz portuqaliyalılarla oyunda tam müdafiə olunurduq. Bəli, qolu biz vurduq və vəziyyətə uyğun hərəkət edirdik. Hər şeydən öncə rəqibin bütün zonalarını bağlamağa çalışırdıq. Ancaq hücumu da yaddan çıxarmırdıq. Əks-hücumlarımızda 5 futbolçu iştirak edirdi. Bizim 2-ci qolu vurmaq şansımız oldu, nəinki Portuqaliyanın hesabı bərabərləşdirməyi.
- Azərbaycanla oyunda komanda hansı bala layiq idi?
- Beşdən çox! Biz həmin 3 xalı qazandıq.
- Oyun ehtiyat oyunçular skamyasından necə görünürdü?
- Hamı çox həyəcan keçirirdi. Üstəlik, yaxşı imkanlarımız vardı. Top isə qapıya heç cür getmirdi.
- Kapello ümumi təlimatlardan başqa sizə konkret nəsə dedi?
- Adi şeylər: standartlarda harada olmaq, nəyə böyük diqqət yetirmək.
- Rəqibi sona kimi sıxa biləcəyinizə həmin vaxt inam vardı?
- Sözsüz. Yeri gəlmişkən, məndə dərhal imkan oldu. Ancaq təəssüf ki, ötürməni verərkən səhv qərar qəbul etdim. Gərək özüm qapıya zərbə vurardım.
- Tezliklə penalti qazanmaqla səhvinizi düzəltdiniz. Hamı həmin epizodda penalti olub-olmadığını müzakirə edir.
- Məncə, orada qayda pozuntusunun olmağı aşkardır. Onun harada olduğunu müəyyənləşdirmək isə hakimin səlahiyyətindədir. Hakim ağ nöqtəni göstərəndə, hamı rahat nəfəs aldı.
- Roman Şirokovun penaltini vurmağında heç bir şübhəniz yox idi?
- Yox. Ancaq orda xoşagəlməz vəziyyət yaranmışdı. Bu da onunla bağlı idi ki, cinahda azərbaycanlı oyunçu uzanmışdı ki, ona kömək edirdilər. Bununla əlaqədar penaltini yerinə yetirilməyi uzanırdı.

0
0