Yığmamız Rusiya millisini qabağa saldı
18.10.2012 - 12:50
Yığmamız Rusiya millisini qabağa saldı
Rusiya milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə “Lujniki” stadionunda keçirdiyi oyunlarda qazandığı 1:0 hesablı qələbələrlə FİFA-nın reytinqində 3 pillə irəli düşüb. Apasport.az saytının məlumatına görə, rəqibimiz reytinqdə 12-ci pillədən 9-cu yerə qalxaraq, Uruqvay, Yunanıstan və Xorvatiya millilərini qabaqlayıb.

İspaniya millisi əvvəlki tək reytinqə başçılıq edir. Ondan sonra Almaniya və Argentina yığmaları gəlir.

Qeyd edək ki, FİFA-nın növbəti reytinqi noyabrın 7-də açıqlanacaq.