Lüksemburqun millimizlə oyun öncə sınağı
18.10.2012 - 15:36
Lüksemburqun millimizlə oyun öncə sınağı
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda yer alan Lüksemburq yığması yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, növbəti ilin martında qonağı olacağımız “cırtdan ölkə” təmsilçisi noyabrın 14-də Şotlandiya ilə oynayacaq.

Matç yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq. Bu, növbəti ildə ilk oyununu millimizlə keçirəcək Lüksemburqun həmin matça hazırlığı olacaq.

Qeyd edək ki, millimiz noyabrın 14-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə rəsmi oyuna çıxacaq.