Azərbaycandan “Qalatasaray”a - FOTO
30.10.2012 - 17:45
Azərbaycandan “Qalatasaray”a - FOTO
“İqtisadçı”nın sabiq liberosu Yuko Sano 6 aylıq fasilədən sonra özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı voleybolçu “Qalatasaray”la anlaşıb. O, İstanbul klubu ilə mövsümün sonuna kimi razılığa gəlib.

Qeyd edək ki, son 2 mövsümdə universitet klubunun şərəfini qoruyan Sano 2010/2011 mövsümündə Azərbaycan Super Liqasının bürünc mükafatını qazanmışdı. Libero Bakı təmsilçisindən isə aprel ayında ayrılmışdı. Buna səbəb millisinin London-2012 ilə bağlı planı idi. Belə ki, yaponların bütün voleybolçuları apreldən gec olmayaraq, yığmanın düşərgəsində yer almalı idilər. Bu üzdən də Yuko mövsümü başa vura bilməmişdi.