Şimali İrlandiya – Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı
31.10.2012 - 15:35
Şimali İrlandiya – Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu idarə edəcək hakimlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya ilə noyabrın 14-də Belfastda keçiriləcək matçı Viktor Şvetsovun başçılıq etdiyi ukraynalı hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Mikola Levko, Oleq Plujnik və Anatoli Abdula olacaq.

Hakimlərin işinə UEFA-nın avstriyalı hakim-inspektoru Günter Benkö qiymət verəcək.