Azərbaycan yığmasının oyunu 25 manata
02.11.2012 - 17:50
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə səfər oyununa biletlər satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, noyabrın 14-də Belfastda Bakı vaxtilə saat 23:45-də başlayacaq rəsmi matça biletlərin qiyməti böyüklər üçün 20-25 funt sterlinqdir. Bu da təxminən 25-32 manat aralığındadır.
Ailə üzvləri ilə birgə oyuna gələn 16 yaşadək uşaqlar isə biletlər 12,50 funt sterlinq məbləğində nəzərdə tutulub ki, bu da 16 manat edir. Biletlə bağlı sifarişlər oktyabrın 31-dən qəbul edilir.
Ailə üzvləri ilə birgə oyuna gələn 16 yaşadək uşaqlar isə biletlər 12,50 funt sterlinq məbləğində nəzərdə tutulub ki, bu da 16 manat edir. Biletlə bağlı sifarişlər oktyabrın 31-dən qəbul edilir.
0
0