Şimali İrlandiya yığması Azərbaycana qarşı legionerlərlə oynayacaq
05.11.2012 - 18:47
Şimali İrlandiya yığması Azərbaycana qarşı legionerlərlə oynayacaq
Şimali İrlandiya milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə ev oyununa heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Maykl O Nil noyabrın 14-də Belfastda keçiriləcək matça 24 futbolçu çağırıb.

Maraqlıdır ki, bunlardan hamısı ölkə xaricində oynayır. Ən çox dəvət alan İngiltərəndir – 15 nəfər. Şotlandiyadan 7, Yunanıstan və İsveçrədən hərəyə 1 futbolçuya ehtiyac duyub.

Qapıçılar: Roy Kerroll (“Olimpiakos”, Yunanıstan), Maykl Makqovern (“Folkirk”, Şotlandiya), Alan Mannus (“Sent Conson”, Şotlandiya)

Müdafiəçilər: Con Evans (“Mançester Yuneyted”, İngiltərə), Aaron Hyus (“Fulhem”, İngiltərə), Aleks Bryus (“Hall Siti”, İngiltərə), Kreyq Katkart (“Blekpul”, İngiltərə), Rayan Makqivern (“Mançester Siti”, İngiltərə), Qaret Makoli (“Vest Bromviç”, İngiltərə)

Yarımmüdafiəçilər: Kris Beyrd (“Fulhem”, İngiltərə), Qrant Makkenn (“Peterboro”, İngiltərə), Stiven Devis (“Sautgempton”, İngiltərə), Şeyn Ferqyuson (“Nyukasl”, İngiltərə), Oliver Norvud (“Haddersvild”, İngiltərə), Kris Brant (“Vest Bromviç”, İngiltərə), Korri Evans (“Hall Siti”, İngiltərə), Pet Makkurt (“Seltik”, Şotlandiya), Nayal Makqinn (“Aberdin”, Şotlandiya)

Hücumçular: Devid Hili (“Bernli”, İngiltərə), Endryu Littl, Din Şils (hər ikisi “Reyncers, Şotlandiya), Ceymi Uord (“Derbi Kounti”, İngiltərə), Kayl Lafferti (“Syon”, İsveçrə), Uill Kriqq (“Uolsoll”, İngiltərə)