Azərbaycan İqor Akinfeyevi tarixə saldı
06.11.2012 - 09:50
Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti ötən ay postsovet məkanında futbolda 5 ən önəmli hadisəni seçib. Apasport.az saytının məlumatına görə, 1-ci yerdə Rusiya – Azərbaycan oyununda baş verən olay göstərilib. Belə ki, rəqibimizin qapıçısı İqor Akinfeyev 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da “Lujniki” stadionunda 1:0 hesabı ilə qalib gəldikləri oyunda təkcə ölkəsinin, eyni zamanda keçmiş SSRİ-nin mütləq rekordçusu olub.
Məsələ ondadır ki, 26 yaşlı qapıçı yığmada ardıcıl 8-ci oyununda top buraxmayıb. Bununla da o, millidə “quru seriyası”nı 708 dəqiqəyə çatdırıb. Bu, bütün dövrlər üçün mütləq milli rekord sayılır.
Məsələ ondadır ki, 26 yaşlı qapıçı yığmada ardıcıl 8-ci oyununda top buraxmayıb. Bununla da o, millidə “quru seriyası”nı 708 dəqiqəyə çatdırıb. Bu, bütün dövrlər üçün mütləq milli rekord sayılır.
0
0