Maykl O Nil: Azərbaycan yığmasına qalib gəlmək niyyətindəyik
06.11.2012 - 10:30
Maykl O Nil: Azərbaycan yığmasına qalib gəlmək niyyətindəyik
“Azərbaycan yığması ilə oyun qalib gəlməli olduğumuz bir matçdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil deyib. 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu noyabrın 14-də Azərbaycan yığması ilə evdə keçirəcək britaniyalıların çalışdırıcısı həmin matça 24 futbolçu çağırıb.

O Nil ötən turda Portuqaliya yığması ilə səfərdə 1:1 hesabı ilə bərabərliyə qaldıqları oyunla müqayisədə heyətdə bir sıra dəyişiklər edib. Ancaq onun sözlərinə görə, bəzi futbolçuların millimizlə görüşə çağırmamağı son matçlarda çıxışı ilə yox, Portuqaliyada göstərdikləri oyunla bağlıdır: “Portudakı matçda əsas heyətdə layiqli əvəzləyənlər ciddi rəqabətlə üzləşəcəklər. Bəzi futbolçular ehtiyatda taktiki düşüncələrə görə qalırlar. İndi mənim seçimim var və bilirəm ki, kiminlə oyunla başlayım, kimi ehtiyatda qoyum. Azərbaycanla qarşıdakı oyunu udmaq niyyətindəyik. Həmin matçda hücumda müsbət oyun nümayiş etdirmək fikrindəyik”.

43 yaşlı çalışdırıcı millimizlə oyun bu il sonuncu matçları olduğundan, ona xüsusi yanaşır: “Bizə bu ilin son oyununda qalib gəlmək lazımdır. Bu, gələcəkdə komandamıza müsbət təsir göstərəcək. Millimiz özəyi yaranır və biz həmişə ona ümid edə bilərik. Futbolçulara beynəlxalq səviyyədə artırmaları üçün vaxt və imkan lazımdır”.