Millimiz bu gün açıq məşqə çıxacaq
06.11.2012 - 15:15
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə bu gündən etibarən Bakıda millimiz təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının xəbərinə görə, komandamız bu gün saat 16:15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçəcək. Hazırlıq prosesi mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, Şimali İrlandiya ilə görüş noyabrın 14-də Belfastda baş tutacaq. Qarşılaşmanın start fiti saat 23:45-də səslənəcək. Komandamız İrlandiya adasına ayın 10-da yola düşəcək.
Qeyd edək ki, Şimali İrlandiya ilə görüş noyabrın 14-də Belfastda baş tutacaq. Qarşılaşmanın start fiti saat 23:45-də səslənəcək. Komandamız İrlandiya adasına ayın 10-da yola düşəcək.
0
0