Şimali İrlandiya – Azərbaycan matçı 25 funta
07.11.2012 - 15:16
Şimali İrlandiya – Azərbaycan matçı 25 funta
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının xəbərinə görə, noyabrın 14-də, Bakı vaxtı ilə saat 23:45-də “Vindzor Park”da start götürəcək qarşılaşmanı izləmək istəyənlər 25 funt sterlinqindən keçməlidir.

Ancaq billet satışında güzəştlər də mövcuddur. Belə ki, 10 və ya bundan çox sayda qrup halında matça gəlmək istəyənlər bir biletin dəyəri üçün 20 funt ödəməlidir. Ailəsi ilə gələn 16 yaşdan aşağı uşaqlar üçün isə valideynlərin 12.50 funt ödəməsi kifayətdir.

Satış bazar ertəsindən cümə gününə kimi saat 09:30-dan 17:30-a kimi olacaq. Şənbə günü isə biletlərin satışı 12:00-dan 17:00-a davam edəcək.

Qeyd edək ki, azərbaycanlı azarkeşlər üçün bilet satışına daha öncədən başlanılıb. Yığmamıza dəstək olmaq istəyənlər oktyabrın 31-dən etibarən bilet ala bilər.