Şimali İrlandiya - Azərbaycan oyununda hakim dəyişikliyi
07.11.2012 - 16:56
Şimali İrlandiya - Azərbaycan oyununda hakim dəyişikliyi
2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa təyinat alan hakimlər briqadasında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş hakim Viktor Şvetsovun birinci köməkçisi başqası ilə əvəzlənib.

Belə ki, noyabrın 14-də keçiriləcək qarşılaşmada Mikola Levko deyil, Aleksandr Kornıyko ədalət təmsilçiləri arasında yer alacaq.

Baş hakim: Viktor Şvetsov
Baş hakimin köməkçiləri: Aleksandr Kornıyko, Oleq Plujnik
Dördüncü hakim: Anatoli Abdula
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
Komissar: Tomas Grimm (İsveçrə)