Viza Berti Foqtsun planlarını pozdu
08.11.2012 - 13:44
Azərbaycan millisi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 2014-cü il dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Şimali İrlandiya ilə səfər oyununa açıqlanan heyətdə yer alan İspaniyanın “Elçe” klubunun yarımmüdafiəçisi Rizvan Umarov Bakıda təlim-məşq toplanışında iştirak etmir. Belə ki, Rizvan İspaniyada viza problemi ilə üzləşdiyindən, hazırlıq prosesinə qatıla bilmir.
Bununla da Umarovun Şimali İrlandiyaya aparılmayacağını demək olar. Çünki baş məşqçi Berti Foqts onu noyabrın 6-dan 9-dək Bakıdakı təlim-məşq toplanışı üçün dəvət etmişdi. Almaniyalı çalışdırıcı oradakı hazırlıq prosesindən sonra səfərə çıxacaq son heyəti müəyyənləşdirəcək.

0
0