Yığmamız üçün Belfastda “Double Confex”
08.11.2012 - 15:50
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan millisinin açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabr ayının 12-də, yerli vaxtla saat 18:00-da Belfastda Windsor Parks stadionunda yığmamız mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşqə çıxacaq.
Bir gün sonra saat 12:00-da isə “Stormont” mehmanxanasının “Double Confex” zalında mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də olacaq.
Mənbə: affa.az
Bir gün sonra saat 12:00-da isə “Stormont” mehmanxanasının “Double Confex” zalında mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 14-də olacaq.
Mənbə: affa.az
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0