21-i Bakıdan, 1-i Almaniyadan
10.11.2012 - 19:04
2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək Azərbaycan millisi bu gün Şimali İrlandiyaya yollanıb. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız saat 11:00-da çarter reysi ilə səfərə çıxıb.
Şimali İrlandiya paytaxtına çatmaq üçün 6 saatlıq yol qət edən nümayəndə heyətinə AFFA-nın baş katibi Elxan Məmmədov başçılıq edirdi.
AZAL şirkətinə məxsus təyyarə yerli vaxtla 13:00-da (Bakı vaxtilə saat 17:00-da) Belfast hava limanına endi.
Millimiz Şimali İrlandiyaya 21 futbolçu ilə gəlib. Burada isə daha 1 futbolçu milliyə qoşulacaq. Belə ki, Almaniyada çıxış edən müdafiəçi Əli Gökdəmirin oradan birbaşa Belfasta gələcək.
Məlum olduğu kimi, Foqtsun Şimali İrlandiya ilə matça açıqladığı heyətdə 26 futbolçu yer almışdı. Ancaq İspaniyada oynayan yarımmüdafiəçi Rizvan Umarov viza probleminə görə Bakıdakı təlim-məşq toplanışına gələ bilmədi. “Neftçi”nin və millinin vitse-kapitanı Mahir Şükürov Avroliqada “Rubin”lə Bakıdakı oyunda zədələndiyi üçün heyətdən kənarda qaldı.
AZAL-ın sabiq kapitanı Aqil Nəbiyev isə səhhətindəki problemə görə millidən ayrı düşüb. Almaniyalı çalışdırıcı “Sumqayıt”ın müdafiəçisi Murad Ağayevi də Belfasta aparmağı lazım bilmədi.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.
Mehman SÜLEYMANOV
BELFASTb>

0
0