Ruslan Abışovun rəsmi oyunda kapitan kimi debütü
11.11.2012 - 10:00
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə qarşıdakı oyununda kapitanının adına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, noyabrın 14-də keçiriləcək matçda sarğını Ruslan Abışovun qoluna taxacağı gözlənilir. Bununla da 25 yaşlı müdafiəçi təcrübəli həmkarları Rəşad Sadıqovla Mahir Şükürovun yoxluğunda millimizi kapitan kimi meydana çıxaracaq.
Düzdür, yığmanın hazırkı heyətində Ruslandan çox oyun keçirən futbolçular var. Buna misal olaraq ondan əvvəl yığmamızda çıxış edən Aleksandr Çertoqanovla Branimir Subaşiçi göstərmək olar. Ancaq onların milliləşdirilən legionerlər olduğundan, kapitanlığın azərbaycanlı futbolçuya etibar olunmağı daha inandırıcı görünür.
Bu mənada Abışovdan millidə çox oyun keçirən “Qarabağ”ın hücumçuları Vüqar Nadirovla Vaqif Cavadovu qeyd etmək olar. Ancaq Ruslanın onlardan fərqli kapitanlıq təcrübəsi var ki, bu, həm klub, həm də milli səviyyəsində olub. Belə ki, o, “Xəzər Lənkəran”a qədər uzun illər çıxış etdiyi “Neftçi”də vitse-kapitan idi, əsas kapitan Rail Məlikovun yoxluğunda sarğını qoluna taxırdı.
Abışova bu funksiya millidə də həvalə olunub. Maraqlıdır ki, onda da noyabr idi və Rəşadla Mahir müxtəlif səbəblərdən yığmada yox idi. Söhbət düz 1 il öncə keçirilən yoldaşlıq görüşlərindən gedirsə, Ruslan bu dəfə rəsmi oyunda siftə etmək imkanı qazanır.
O, apasport.az-a açıqlamasında kapitanlıqla bağlı hər şeyə oyunu günü aydınlıq gələcəyini bildirib: “Millidə 2 dəfə kapitan olmuşam. Bunlar ötən il Albaniya yığması və Almaniyanın “Union Berlin” klubu ilə ardıcıl keçirilən yoldaşlıq görüşləri idi. Əlbəttə, komandanı kapitan kimi meydana çıxarsam, ilk öncə mənim üçün böyük bir məsuliyyət olacaq. Bu zaman soyuqqanlı olmaqdan çox şey asılıdır. İnşallah, kapitan kimi rəsmi oyunlarda debütümün uğurlu olmağına çalışacağam”.
Qeyd edək ki, onda da ilə noyabrda yekun vuran millimiz Abışovun kapitan olduğu matçlardan noyabrın 11-də Tiranada 1:0 hesablı qələbə qazanmışdısa, bundan 4 gün sonra Berlində II Bundesliqa təmsilçisinə eyni hesabla məğlub olmuşdu.
Mehman SÜLEYMANOV
BELFAST

0
0