“Şimali İrlandiya yığması 3 xal alınası komandadı” - MÜSAHİBƏ
11.11.2012 - 10:29
Azərbaycan millisinin futbolçusu Elvin Məmmədovun apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Şimali İrlandiya yığması ilə oyuna Bakıdakı hazırlığınız necə keçdi?
- Yaxşı. Bura yaxşı məşq prosesi keçərək gəlmişik. İnşallah, yaxşı nəticə ilə qayıtmaq istəyirik.
- Rəqib cari seçmə mərhələdə üzləşdiyiniz İsrail, Portuqaliya, Rusiya deyil. Şimali İrlandiya yığması tam fərqli komandadır...
- Əlbəttə. Bunlar tipik Britaniya komandasıdır. Baxırsan ki, futbolçuları İngiltərə klublarında oynayır. Zəif rəqib yoxdur. Ancaq Şimali İrlandiya xalı alınası komandadır.
- Son oyununda səfərdə Portuqaliya yığması ilə 1:1 hesablı bərabərliyə qalan Şimali İrlandiya millisində əsas diqqətinizi çəkən nədir?
- Həmin oyunun videoyazısında burada baxıb, təhlil edəcəyik. Rəqib hücum futbolu, başla yaxşı oynayır. Düzdür, Portuqaliya ilə matçlarının epizodlarına baxmışam. Bir imkanları oldu, onda da qol vurdular. Portuqaliya isə yaxşı oynadı, sadəcə, qol vura bilmədi.
- Sizin kimi texnikalı futbolçular topla yaxşı oyun, qısa ötürmələrlə şimali irlandiyalılara çətin anlar yaşada bilər...
- Əlbəttə, onlarla “ikinci mərtəbə”də oynamaq çətindi. Berti Foqts məşqlərdə də onu verirdi ki, ayağa top, yerdə oynayaq, “ikinci mərtəbə”də yox. Bunun üzərində məşq elədik. İnşallah, bəhrəsini görərik.
- Uzun müddətdir millimizin heyətində, xüsusilə rəsmi oyunlarda oynamırsınız. Halbuki hazırkı heyətdə ən çox qol vuran futbolçulardansınız. Bu boşluğu aradan qaldıra biləcəksiniz?
- Həqiqətən də xeyli vaxtdır yığmada oynamıram və bu boşluğu aradan qaldırmağa çalışacağam. İstəyirəm ki, uzun fasilədən sonra rəsmi oyuna çıxıb.
- Elə olub ki, Foqts sizi zəif, formada olmayan vaxtınızda belə yığmaya çağırıb...
- Mən bunu demişəm. Baş məşqçimiz də bunu bilir. Öz aramızda olan söhbəti də demişəm ki, Foqts “Qarabağda oynamadığım dövrdə belə məni çağırırdı, çıxıb qolumu vururdum. Onunla aramızdakı söhbət həll olundu. Sonra da mən komandamda oynadım, 3-4 matçda meydana çıxdım. Foqts da baş məşqçimizlə əlaqə yaradıb, məni çağırdı.
- Ümumiyyətlə, hazırda özünüzü nə dərəcədə hazır sayırsınız?
- İndi özümü yaxşı formada hiss edirəm. Əlbəttə, bu, “Bakı”da artıq daim oynamağımla bağlıdır. Oynamaq başqa şeydir.
- Sizcə, Şimali İrlandiya ilə noyabrın 14-də keçiriləcək oyunda əsas heyətdə yer almaq şansınız nə dərəcədə yüksəkdir?
- Bunu bilmirəm ki, baş məşqçi məni oynadacaq, yoxsa yox. Ancaq oynatsa, bunu maksimum dəyərləndirmək istəyirəm. Bu şansı əldən vermək istəmirəm.
- Bəs reallıqda hansı nəticəyə ümid edirsiniz?
- Reallıqda səfərdə bərabərlik bizim üçün ən yaxşı nəticədir. Ancaq dediyim kimi, Şimali İrlandiya yığması 3 xal alınası bir komandadır.
- Millimizdəki ciddi itkilər sizdə nəticə ilə bağlı ruh düşkünlüyü yaratmır?
- Əslində demək olar liderlərimiz oynamayacaq. Bunlar Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürovdur. Ancaq gənc futbolçularımız var. Mənim özümdən götürək, 21, 19 yaşlılardan ibarət yığmalarımızda oynamışıq, bir-birimizlə əlaqəmiz var. İnşallah, oyunda özümüzü yaxşı tərəfdən göstərərik.
- Özünüzün psixoloji durumunuz necədir? “Bakı”nın hazırda turnir cədvəlinin sonlarında getməyi durumunuza mənfi təsir etmir?
- “Bakı” böyük komandadır. Psixoloji durum özünü pis tərəfdən göstərmir. Biz futbol oynayırıq. Bura milli komandadır və tam başqa əhval-ruhiyyədə oynayırıq.
Mehman SÜLEYMANOV
BELFAST

0
0