Boksçularımız Özbəkistandan 6 medalla qayıdır
11.11.2012 - 13:44
Özbəkistanın Çirçik şəhrində boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 4 qızıl və 2 gümüş medala layiq görülüb.
46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şamil İbrahimzadə də (60 kq) komanda yoldaşının uğurunu davam etdirib. O, da yarışı birinci yerdə başa vurub. 66 kq çəki dərəcəsində yarışan Hüseyn Tarverdili vətənə qızıl medalla dönüb. Elvin Məhərrəmov da (70 kq) Özbəkistanda bütün rəqibləri üzərində qələbə qazanıb.
İki boksçumuz – Pərviz Quliyev (52 kq) və İlkin Əlibəyli (54 kq) yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətləniblər.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0