Ruslan Abışov: Bu, mənim üçün sürpriz olmaz – MÜSAHİBƏ
11.11.2012 - 16:00
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Cari seçmə mərhələdə ardıcıl 3-cü səfər oyununa çıxacaqsınız. Belə qrafik sizin üçün yorucu deyil ki?
- Əlbəttə, o mənada bizdə yorğunluq var. Biz də istəməzdik ki, 3 oyun dalbadal səfər matçı keçirək. Düzdür, bu, bizdən asılı məsələ deyil. Əlbəttə, bu rəqibi evdə qəbul etmək istəyərdik. Ancaq artıq hər şey əvvəlcədən planlaşdırılıb və biz buna hazırlaşmışıq.
- Şimali İrlandiyada, ümumiyyətlə, Böyük Britaniyada ilk dəfədir olursunuz. Bura hansı ümidlə gəlmisiniz?
- Düzdür, televiziyadan Böyük Britaniyanı çox görmüşük. Bura futbol oynamağa gəlmişik və istəyirik ki, yaxşı nəticə qazanaq. İtkilərimiz olsa da, inanıram ki, buna nail olacağıq. Heyətdəki oyunçulara baxaraq, əminəm ki, yaxşı nəticə qazana biləcəyik.
- Millinin aparıcı futbolçuları olan Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürovun yoxluğu böyük itkidir...
- Əlbəttə. Onlar təcrübəsi böyük olan futbolçulardır. Ancaq hər şey davam edir və biz bu oyuna yaxşı hazırlaşmışıq.
- Rəşadın yoxluğunda Rusiya yığması ilə ötən oyunda olduğu kimi, Vladimir Levinlə birgə müdafiənin mərkəzində çıxış edəcəksiniz...
- Elədir. Biz Vladimirlə əvvəl, Çexiya yığmasına qalib gəldiyimiz yoldaşlıq görüşündə, bundan öncə də hazırlıq matçlarında müdafiənin mərkəzində birgə oynamışıq. Deyərdim ki, bir-birimizi yaxşı başa düşürük. İnşallah, bu matçda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Şimali İrlandiya yığmasının Portuqaliya yığması ilə səfərdə 1:1 hesablı heç-heçə etdiyi rəsmi oyununu izləmisinizmi? Rəqibi necə dəyərləndirərdiniz?
- Oyunun hardasa 10 dəqiqəlik epizodlarına baxmışam. Deyərdim ki, necə Rusiya bizlə oyunda yorğun görünürdü, Portuqaliya da Şimali İrlandiya ilə matçda elə. Onlar bundan öncə oyun keçirmişdilər və buna görə də hər 2 komanda üçün çətin olmuşdu. Mən deyərdim ki, bu, Şimali İrlandiya üçün sırf təsadüfi bir heç-heçədir. Biz Lüksemburq yığması kimi burada ən azı heç-heçə etməyi bacara bilərik. Lüksemburq burda xal aldısa, biz niyə bunu almayaq?
- Şimali İrlandiya yığmasının əsas üstünlüyü standart vəziyyətlərdir. Rəqibi başqa təhlil edəndə, başqa hansı üstün cəhətlərini gördünüz?
- Onların əsas üstünlüyü hava toplarıdır. Şimali İrlandiya yığması sırf hava mübarizələrinə üstünlük verir. Başqa onların oyununda nəsə bir şey görməmişik.
- Hazırkı heyətdə ən ucaboylu futbolçulardan biri sizsiniz. Bu mənada bir mərkəz müdafiəçisi həmin hava mübarizələrində qalib ayrılmaq kimi əsas ağır yük sizin üzərinizə düşəcək...
- Buna tək mən yox, bütün komanda olaraq hazır olmalıyıq. Məşqlərdə bunun üzərində işləmişik. Ürəklə, istəklə, inamla oynasaq, hər şey bizim üçün yaxşı olacaq.
- Nəticəyə təkcə bunlara, əzmkarlıq hesabına nail ola bilərikmi?
- İlk öncə soyuqqanlı olmalıyıq və bir də özümüzə inanaraq oynamalıyıq. Futbolçuda həmişə ən üstün amillər bu olmalıdır.
- Şimali İrlandiya yığmasının heyətinə baxsaq, futbolçularının çoxunun İngiltərədə oynadığını görərik. Yəni ad baxımından demək olmaz ki, çox da zəif rəqibdir...
- Bu da normaldır və bizi qorxutmur. Çünki Şimali İrlandiya İngiltərənin bir məmləkətidir. Buna görə də onların futbolçularının orada çıxış etmələri normal haldır. Heç bir problem yoxdur. İnşallah, yaxşı mübarizə aparıb, yaxşı nəticə qazanarıq.
- Noyabrın 14-də Belfastdakı oyunda qələbə qazansanız, bu, sizin üçün sürpriz olar?
- Yox, mənim üçün sürpriz olmaz. Çünki biz Portuqaliyaya yox, Şimali İrlandiyaya qarşı oynayacağıq. Bura ən azından xal dalınca gəlmişik. Düzdür, səfərə yollanmışıq. Evdə oynasaydıq, mən əminliklə qələbədən danışa bilərdim. Ancaq səfər üçün bu, bir az çətin görünür. Yenə deyirəm ki, ən azı 1 xal qazanmağa çalışacağıq.
- Millimizin cari seçmə mərhələdə hələ ki yeganə qolunu müdafiəçi kimi siz vurmusunuz. Halbuki, bu iş daha çox hücumçularla yarımmüdafiəçilərin üzərinə düşür. Sizcə, qol vura bilməmək problemini necə aradan qaldıra bilərik?
- Biz bu 3 matçdan birini evdə oynamışıq. İsrail yığması ilə həmin matçda hücum futbolu nümayiş etdirmişik. Bundan sonra iki oyunu səfərdə keçirmişik və qol vura bilməməyimiz normaldır. Səfərdə müdafiə futbolu oynayırsan və rəqiblərin də Portuqaliya ilə Rusiya kimi yığmalarıdır. Növbəti ildə ardıcıl ev oyunlarımız gələcək. İnanıram ki, istər mən, istərsə də digər milli üzvlərimiz, hücumçularımız olsun, öz meydanımızda keçirdiyimiz həmin matçlarda fərqlənə biləcəklər.
- Maraqlıdır ki, ön xətt oyunçularını qınamırısnız? Yəni mən müdafiəçi olaraq, qol vura bilirəm, ancaq siz ön xətt oyunçuları olaraq yox...
- Qınamıram. Düzdür, qol vurmaq daha çox onların işidir. Əlbəttə, onlar da qol vurmaq istəyir. Sadəcə, yarımmüdafiəçilərimiz, hücumçularımıza inanmaq, onlara dəstək olmaq lazımdır ki, inşallah, qollarını vursunlar.
Mehman SÜLEYMANOV
BELFAST

0
0