Rail Məlikovdan növbəti 90 dəqiqə
11.11.2012 - 22:53
Rail Məlikovdan növbəti 90 dəqiqə
Türkiyə 1-ci liqasında 11-ci tura bu gün keçirilən oyunlarla yekun vurulub. Apasport.az saytı xəbər verir ki, milli komandanın düşərgəsində olan Cavid Hüseynovun yoxluğunda "Adana Dəmirspor" səfərdə "Bucaspor"a 0:1 hesabı ilə yenilib.

Günün digər matçında Cihan Özkarasız "Ərciyəsspor" Kayseridə "Dənizlispor"la qarşılaşıb. Qonaqların start heyətində yer alan və mərkəz müdafiəçisi mövqeyində 90 meydançada olan Rail Məlikov da Jerar Qua Qua-nın 39-cu, Əmrah Bozkurtun isə 89-cu dəqiqədə vurduğu qola əngəl ola bilməyib. Matç 2:0 hesabı ilə də yekunlaşıb.

Bu nəticələrdən sonra "Ərciyəsspor" 21 xalla "Rizəspor" və "Karşıyaka" ilə birgə şərikli liderliyə yüksəlib. 17 xalı olan Adana təmsilçisi 8-ci, cəmi 12 xal toplamış "Dənizli" isə 14-cüdür.