"Fənər" fürsəti əldən buraxmadı
11.11.2012 - 23:50
"Fənər" fürsəti əldən buraxmadı
Türkiyə Superliqasında 11-ci tura yekun vuruldu. Apasport.az saytının verdiyi xəbərə görə, "Şükrü Saracoğlu" stadionunda "Orduspor"la qarşılaşan "Fənərbaxça" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qollara 11-ci dəqiqədə Mussa Sou, 85-ci dəqiqədə isə Sezər Öztürk imza atıblar. Qonaqların yeganə topunu əlavə edilmiş dəqiqələrdə Şamil Cinaz vurub.

Bu qalibiyyətdən sonra turnir cədvəlindəki rəqiblərinin büdrəməsindən istifadə edən "bülbüllər" xalını 19-a çıxarıb və birdən-birə 5 pillə irəliləyərək, 3-cü yerə yüksəlib. Komanda liderlər - "Antalyaspor" və "Qalatasaray"dan cəmi 3 xal geri qalır.