"Neftçi"nin rəqibindən Berqamoda gözlənilməz yenilgi
12.11.2012 - 01:41
"Neftçi"nin rəqibindən Berqamoda gözlənilməz yenilgi
İtaliya A seriyasının 12-ci turuna yekun vuruldu. Apasport.az saytının xəbərinə görə, "Neftçi"nin Avropa Liqasındakı rəqiblərindən biri - "İnter" Berqamoda "Atalanta" ilə qarşılaşdı və gözlənilmədən 2:3 hesabı ilə məğlub oldu. "Neradzurri"nin qollarına Freddi Quarin və Rodriqo Palasio imza atdılar.

Andrea Stramaççonini yetirmələri 12 turdan sonra 27 xalla ikinci pilləni tuturlar.