Ailə işləri yığmamızla yubiley matçına mane oldu
12.11.2012 - 16:51
Şimali İrlandiya yığması millimizlə oyunda daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytı xəbər verir ki, Qrant MakKann heyətdən çıxarılıb.
İngiltərə çempionşipində mübarizə aparan “Piterboro Yunayted”in yarımmüdafiəçisi ailədaxili işləri üzündən komandadan ayrılıb. Onun yerinə hələ heç kim yığmaya dəvət olunmasa da, Makkann komandanın təcrübəli üzvlərindən biri idi. Yığmada 4 qol vuran 32 yaşlı futbolçu millimizə qarşı oynasaydı, burda 40-cı matçını keçirmiş olacaqdı.
Qeyd edək ki, bundan öncə Conni Evans, Endryu Litl, Aleks Bryus və Ceymi Uord zədələndiklərinə görə heyətdən çıxarılmışdı.

0
0