Zədə millimizi Belfastda da haqladı
13.11.2012 - 00:50
Azərbaycan millisinin Şimali İrlandiyada keçirdiyi açıq məşqində zədə problemi yaşanıb. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, ikitərəfli oyun zamanı meydanda rəqib olan yarımmüdafiəçilər Aleksandr Çertoqanovla Elvin Məmmədov mübarizə zamanı bir-birinə xətər yetirdilər. Belə ki, onlar toqquşarkən diz nahiyələrində xəsarət aldılar.
Zədə Çertoqanovda daha çox özünü büruzə verdi və o, həkimlərin köməyindən sonra ayağa qalxaraq, axsaya-axsaya meydanın mərkəzinə gətirildi. O, bundan sonra məşqi kənardan gəzişərək izlədi. Elvinin də həkimlərin köməyinə ehtiyacı olsa da, vəziyyəti Aleksandrla müqayisədə yaxşı idi.
Ancaq zədənin narahatçılığa əsas vermədiyini demək olar. Hər halda, məşqi izləyən AFFA-nın baş katibi Elxan Məmmədov dərhal Çertoqanovun vəziyyətini millinin həkimindən soruşarkən, zədənin ciddi olmadığı cavabını aldı.
Qeyd edək ki, Belfasta itkilərlə gələn millimizin kapitanı Rəşad Sadıqovla vitse-kapitanı Mahir Şükürov bu səbəbdən, qapıçı Kamran Ağayev isə cəza üzündən kənarda qalıb.
Mehman SÜLEYMANOV
BELFAST

0
0