“Şimali İrlandiyanı udmaq imkanımız var” – MÜSAHİBƏ
13.11.2012 - 10:30
AFFA-nın baş katibi Elxan Məmmədov Şimali İrlandiyada azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Məmmədov apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.
- Öncə Şimali İrlandiya – Azərbaycan oyunu öncəsi təşkilati işlərlə əlaqədar təəssüratlarınızı öyrənmək istərdik...
- Noyabrın 14-də keçiriləcək bu matçda stadionun dolacağı gözlənilir. Əlavə onu da bildirmək istərdim ki, azərbaycanlı azarkeşlər də burda olacaq. Təxmini 300 bilet paylanıb. Bunlardan çoxu Londonda və İngiltərədə oxuyan tələbələrlə müxtəlif təşkilatlardır. Onlara biz tərəfdən biletlər verilib. Bundan başqa, özləri də əldə ediblər və bizə məlumat veriblər ki, oyuna gələcəklər.
- Millimizin oyunundan nə gözləyirsiniz?
- Bildiyiniz kimi, komandada itkilər mövcuddur. Təəssüflər olsun ki, bəzi futbolçular yığmaya qoşula bilməyiblər. Bunlar zədəyə görədir. Kamran Ağayev isə cəzalı olduğu üçün matçdan kənarda qalıb. Lakin komanda tam şəkildə hazırdır və Şimali İrlandiya yığmasına qarşı mübarizə aparacaq. Millimiz 3 xalı qazanmağa çalışacaq.
- Yığmamız burada qalib gəlsə, bunu sürpriz kimi qəbul edəcəksiniz?
- Biz seçmə mərhələdə güclü komandalara qarşı sürprizlər göstərmişik. Ümid edirəm ki, noyabrın 14-də sürpriz ola bilər.
- Bəs millimiz yenə uduzarsa, ilə yekun vuraraq, cari seçmə mərhələnin startını uğursuz qiymətləndirəcəksiniz?
- Yığmamız bu mərhələdə 3 oyun keçirib. Bunlardan 1-i ev, 2-si səfər matçıdır. Hesab edirəm ki, seçmə mərhələyə evdə yaxşı başladıq. İsrail yığması ilə həmin matçı heç-heçə bitirdik və azarkeşlərimizi sevindirərək ilk xalımızı qazandıq. Milli komandamız həmin gün çox əzmkar futbol göstərdi. Bu, bizi sevindirdi. Ancaq oyundan sonra təhlil edərkən düşündük ki, yığmamız 3 xalı da qazana bilərdi. Çünki komanda İsrailə qarşı çox yaxşı oyun göstərdi. Təəssüflər olsun ki, bütün qol imkanlarından istifadə edə bilmədilər. Qarşıdakı oyunda əsas odur ki, futbolçularımız imkanlardan istifadə etsinlər. Ümid edirəm ki, buna nail olacaqlar.
- Siz Belfastda oldunuz müddətdə Şimali İrlandiya Futbol Assosiasiyasının nümayəndələri ilə görüşmüsünüz. Maraqlıdır ki, onlar yığmamız haqda sizə nə deyiblər? Özlərini bu oyunda aşkar favorit, bizi isə autsayder sayırlar?
- Onlar artıq qeyd ediblər ki, sizin komandanız çox təhlükəlidir və hər zaman sürpriz göstərə bilər. Təbii ki, mənim də cavabım “bəli, sizin komandanız da təhlükəlidir və siz də sürpriz göstərə bilərsiniz” olub. Hesab edirəm ki, Şimali İrlandiya Azərbaycanla oyunda 3 xalı qazansa belə, onlar üçün də sürpriz ola bilər. Çünki biz artıq ilk xalımızı qazanmışıq və iki səfər oyunu keçirmişik. Unutmayın ki, bunlar Portuqaliya və Rusiya ilə olub. Rəqiblərə baxaraq görürük ki, biz artıq ən güclülərlə səfərdə oynamışıq. Ümumiyyətlə, hesab edirəm ki, hazırda millimizdə ab-hava yaxşıdır və onun qarşıdakı oyunu udmağa imkanı var. Yığmamız 3 xalı qazanmaq üçün Şimali İrlandiyaya yollanıb.
- Sizə elə gəlmir ki, ardıcıl çətin səfər oyunlarından sonra Şimali İrlandiya ilə evdə oynasaydıq, daha yaxşı olardı? Onda qələbə şansımız çox olaraq, ili yüksək əhval-ruhiyyə ilə başa vura bilərdik...
- Bildiyiniz kimi, millinin təqvimi məhz bu il ölkəmizdə keçirilən dünya çempionatının oyunları əlaqədar səfər oyunları ilə elədik. Təbii ki, ilin son oyununu evdə oynamaq yaxşı idi. Ancaq biz düşündük ki, ümumiyyətlə, seçmə mərhələnin son oyunu Azərbaycanda olsun. Bildiyiniz kimi, bu, 2013-cü ilin oktyabrında Rusiya ilə matç olacaq. Baş məşqçi ilə mən təqvimi danışanda, bütün gücümüzü son oyunumuzun evdə olmağına qoyduq. Çünki futbolda əsas il deyil, seçmə mərhələdir.
Mehman SÜLEYMANOV
BELFAST

0
0