“Azərbaycana qanım qaynadı” – MÜSAHİBƏ
13.11.2012 - 12:12
Azərbaycan millisinin futbolçusu Uğur Pamukun apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Millimizdə yeganə oyununuz bu ilin mayında Andorra yığması ilə Almaniyada 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşü olub. Bundan sonra milliyə dəvət almadığınızdan, ilin son matçına çağırılmağınız sizin üçün gözlənilməz olmadı ki?
- Mənə elə gəlir ki, nə vaxt çağırılacağım zamanla bağlı idi. Bilirdim ki, baş məşqçi Berti Foqts məni yenə dəvət edəcək. Çünki özümə güvənirəm. Deyəsən, Andorra ilə oyundan sonra məni çağırmamağı qırmızı vərəqə almağımla bağlı idi.
- Həmin qırmızı vərəqəni “Sumqayıt”ın heyətində cari çempionatın əvvəlində “Turan”la səfər matçında almışdınız. Bir müddət zədə probleminiz də oldu...
- Bəli. Qırmızı vərəqə ucbatından 2 oyun buraxmışdım. Yüngül zədəyə görə bir müddət oynamadım. Məşqçiyə hazır oyunçu lazımdır.
- Uzun müddətdən sonra yenidən millinin düşərgəsindəsiniz. Təəssüratlarınız necədir?
- Çoxlu itkilərimiz var. Rəşad Sadıqov, Mahir Şükürov, Əfran İsmayılov zədəlidi. Kamran Ağayev isə cəzalı olduğundan Belfasta gəlməyib. Ancaq buna baxmayaraq, ruhdan düşmürük. Hamının əhval-ruhiyyəsi yaxşıdır. Bura qələbə üçün gəlmişik.
- Bu əminlik nədən irəli gəlir?
- Özümüzə inanırıq.
- Onu nəzərə alaq ki, itkilərimiz var və səfərdə oynayırıq, rəqib də elə zəif deyil...
- Düzdü, rəqib güclüdür. Ancaq biz Portuqaliya və Rusiya kimi güclü yığmalarla oyunlarda yaxşı təsir bağışlamışıq. Uduzsaq da, qolları sonda buraxmışıq. Şimali İrlandiya həmin komandalar kimi rəqib deyil, onlara qarşı oynamaq olar. Top da daha çox bizdə olacaq, çox hücum edəcəyik. Portuqaliya və Rusiyada bunu o qədər edə bilmədik. Çünki daha çox müdafiəyə fikir verirdik.
- Foqtsun məşq prosesi sizdə hansı təəssürat yaradır?
- Bəlkə də çoxları millidə yerli məşqçi görmək istəyir. Fikrimcə, Foqts seçmə mərhələlərdə çox uğurlar qazanıb.
- Onun, ümumiyyətlə, almaniyalı məşqçilərin əsas fərqini nədə görürsünüz? Hər halda, siz karyeranız boyu yalnız bu ölkədən mütəxəssislərlə işlədiyinizdən, daha yaxşı qiymət verə bilərsiniz...
- Almaniyalı məşqçilər yaxşı hazırlıq keçirlər, nizam-intizama fikir verirlər. Foqts Türkiyəni udub, biz onu heç vaxt unutmamalıyıq.
- Millidə ilk rəsmi oyuna çıxa bilərsiniz. Bu şansınızı necə dəyərləndirərdiniz?
- Foqts məni meydana buraxsa – fərqi yoxdur, 1, yoxsa 90 dəqiqə - bütün gücümü qoyacam.
- Siz yarımmüdafiənin sağ cinahında yer alırsınız ki, burada adətən çıxış edən Əfran zədə üzündən kənarda qalıb. Bu mənada oynamaq şansınız elə də az deyil. Əsas heyətdə olmasa belə, sonradan meydana çıxmağınız realdır...
- Düzdür. İlk dəqiqələrdən olmasa, sonradan meydana çıxmaq şansım var. Bu, baş məşqçidən asılıdır. Ancaq əgər məni oyuna buraxsa, yüz faiz hazıram. Əminəm ki, milliyə kömək etməyə çalışacağam.
- 1 ilə yaxındır “Sumqayıt”da oynayırsınız. Bu komandada vəziyyət necədir?
- “Sumqayıt” mənə yol açdı. Bu komandada oynamaqdan xoşbəxtəm, məmnunam.
- Almaniyaya qayıtmaq haqda düşünürsünüz?
- Yox.
- Niyə?
- Keçən il məni istəyən komanda vardı. Adını deməyim. Sadəcə, mənim burda müqaviləm var və olduğum müddətdə oynamaq istəyirəm.
- Azərbaycan çempionatında oynamaq ürəyinizcədir? Onu Almaniyanın aşağı divizionu ilə necə müqayisə edərdiniz?
- Burada çempionat yaxşıdır. Təkcə mən yox, Azərbaycanda çox futbolçu I, II Bundesliqada istəsələr, rahat oynaya bilər.
- Hər halda, Avropada oynamaq futbolçu kimi irəli getmək şansınızı çoxaldır...
- Hər futbolçunun arzusudur ki, Avropada oynasın. İnşallah, mənim də qismətimdə olsa, çıxış edəcəyəm.
- Qarşıdan qış fasiləsi gəlir, “transfer pəncərəsi” açılır. Belə bir variant ola bilərmi?
- Hələ bu haqda açıqlama vermək istəmirəm. Ciddi variant olanda, oturub söhbət edərik.
- Azərbaycanda yaşamaq xoşuna gəlirmi?
- Çox. Azərbaycana qanım çox qaynadı.
- Millimizdə Almaniyadan gəlmiş türkiyəli futbolçular var. Siz də Almaniyaya, Türkiyəyə bağlı bir adam kimi onlarla birgə olanda özünüzü daha rahat hiss edirsiniz?
- Mən özümü daha çox azərbaycanlı sayıram. Əlbəttə, onlarla almanca da danışa bilirəm.
- Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara ilə türkcə danışırsınız?
- Fərqli olur. Bizə almanca danışmaq rahatdır. Mən türk dilini unutmuş kimiyəm. Atam əslən Azərbaycandandır, evdə azərbaycanca danışdığımızdan, belə mənə rahat olur.
Mehman SÜLEYMANOV
BELFAST

0
0